Neftin qiyməti enir, Azeri Light 1,18% ucuzlaşdı

10:21 - 12.03.2020


12 mart, Fineko/abc.az. Neftin qiymətləri, ötən gündü düşmədən sonra, azalmaqda davam edir.

Martın 11-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $1,43 (3,84%) azalaraq bir barelə $35,79 təşkil etmişdir.

May fyuçersi saat 9:30-da $1,81 (5,06%) düşərək bir barelə $33,98 təşkil etmişdir.

Martın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $1,38 (4,02%) azalaraq bir barelə $32,98   təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:30-da  $1,63 (4,94%) ucuzlaşaraq bir barelə $31,35 за təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,43 (1,18%) azalaraq bir barelə $36,04 təşkil edib.

 

Bütün xəbərlər