330x110
 

İşə düzəlmək istəyənlərin işi asanlaşacaq - Reyestr yaradılır

12.03.2020,10:23


12 mart, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrini yaradacaq. 

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə təmin olunacaq. 

Reyestr əsasında vahid informasiya bazası yaradıldıqdan sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Şirkətlər onlara müraciət edən i məlumatları və onlarda olan mövcud vakansiya siyahısını da reyestrə daxil edəcəklər. 

Müəllif: Elmir Murad