Avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı qanuna dəyişiklik ediləcək - Təkliflər artıq verilib

10:39 - 12.03.2020


12 mart, Fineko/abc.az. Mərkəzi Banka sığorta sektoru ilə bağlı çoxlu təkliflər vermişik.

Bunu ABC.AZ-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Azər Əliyev deyib.

O qeyd edib ki, Assosasiya ilk növbədə icbari qanunun üzərində işləməlidir. A.Əliyevin sözlərinə görə,  ASA çox danışılan və əksər müştərinin narazılığına səbəb olan avtonəqliyyat vasitələrinin məsuliyyət sığortası ilə bağlı qanunda xeyli dəyişikliklər etməlidir: "Ona görə də həmin təkliflər ilin əvvəlindən Mərkəzi Banka verilib, Sadəcə biz hələlik gözləyirik. Yəqin ki, bunların hamısını qaydaya salmaq üçün müəyyən vaxt lazım olacaq. Hesab edirəm ki, ilin axırına kimi çox şey düzələcək".  

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər