Səfirlikdən İtaliyadakı Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

10:53 - 12.03.2020


12 mart, Fineko/abc.az. Azərbaycanın Romadakı səfirliyi İtaliyada koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar bu ölkədə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib.

ABC.AZ xəbər verir ki, səfirliyin müraciətində qeyd olunub ki,

İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected][email protected]) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaqdır.

 

Bütün xəbərlər