Aparıcı mərkəzi bankların uçot dərəcəsi kimi mühüm silahları təsirsiz hala gəlib - Ekspert

14:58 - 12.03.2020


12 mart, Fineko/abc.az. ABŞ-ın sərhəd qapılarının Avropaya giriş və çıxış üçün bağlanması ilə bağlı Donald Trampın açıqlaması neft bazarında qiymətləri 34 dollardan da aşağı çəkdi.

Son dərəcə qeyri-müəyyən və mürəkkəb, proqnoza gəlməyən bir dövrdür.

ABC.AZ xəbır verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev özünün sosial şəbəkədəki hesabında bildirib.

O qeyd edib ki, Səudiyyənin ardınca BƏƏ, İran və Küveyt də qiymət müharibəsinə qoşuldular - ticarət tərəfdaşlarına neftin qiymətində endirimlər təklif edirlər.

R. Ağayevin sözlərinə görə, virusun yaratdığı qlobal iqtisadi böhran riski yüksək olmasa idi, neft bazarındakı bu müharibənin qısa müddətdə sabitləşəcəyilə bağlı nikbin danışmaq olardı: "Amma dünya iqtisadiyyatı qapandıqca, əmtəə, turist və kapital axınları məhdudlaşdıqca, qlobal iqtisadiyyatın 2008-dən sonra təhükəli ressesiyaya girməsi daha real görünür. İndiki stiuasiyanı daha təhlükəli edən odur ki, 2008-dən sonra qlobal borcun miqyası 100 trln. dollar artıb. Əlavə olaraq, aparıcı mərkəzi bankların pul emissiyası və uçot dərəcəsi kimi çox mühüm silahları son dərəcə təsirsiz hala gəlib.”

Müəllif: Elmir Murad

Bütün xəbərlər