“Brent”in qiyməti 7%-dən çox, “WTI” isə 6,4% düşdü

16:20 - 12.03.2020


12 mart, Fineko/abc.az. Bu günkü ticarətdə neft qiymətləri tələbatın azalması ilə bağlı artan narahatlıqlar səbəbindən azalmanı sürətləndirdi.

London ICE Futures birjasında Brent neftinin may ayının qiyməti saat 15:30-da $2,56 (7,15%) enərək bir barrelə 33,23 dollar təşkil edib.

WTI-nin aprel ayı üzrə fyuçers qiyməti Nyu-York əmtəə birjasında (NYMEX) saat 15:30-da $2,13 (6,46%) ucuzlaşaraq bir barrelə $30,85 təşkil edib.

 

Bütün xəbərlər