330x110
 

Bakıda 1000-ə yaxın məcburi köçkün üçün məhəllə salınacaq - Müqavilə imzalanıb

13.03.2020,10:24


13 mart, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tenderlər üçün 12 milyon 202 min 925 manatlıq müqavilələr imzalayıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki, Abşeron rayonunda görülən işlər üçün ümumilikdə 11 milyon 479 min 427 manat xərclənib.

“Azertikinti-M” MMC ilə klub-icma mərkəzinin tikintisi üçün 1 milyon 148 min 287 manat, musiqi məktəbinin tikintisi 1 milyon 485 min 880 manat, sahədaxili rabitə və videomüşahidə şəbəkələrin tikintisi 692 min 161 manat məbləğində müqavilələr bağlayıb.

"Azəri Servis LTD" MMC “abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi”, "Tunel-Metro İnşaat " MMC “sahədaxili qaz şəbəkəsinin tikintisi və binaların qaz təchizatı” üzrə keçirilən tenderlərin qalibi olub. "Azəri Servis LTD" MMC ilə  3 milyon 77 min 254 manat, "Tunel-Metro İnşaat " MMC ilə 5 milyon 75 min 845 manat məbləğində müqavilə imzalanıb.

Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan 810 ailə üçün yeni yaşayış məhəlləsinin layihələndirilməsi tenderini qazanan "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu ilə 723 min 498 min manatlıq müqavilə bağlayıb.

Müəllif: Elmir Murad