Azərbaycan gömrükçüləri siqaretlərin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısını alıblar

12:47 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları  ölkəyə müxtəlif malların qeyri-qanuni idxalının qarşısını almaq üçün tədbirlər görür.

DGK-nin məlumatında deyildiyi kimi, Gürcüstanla sərhəddə bu kimi növbəti cəhdin qarşısı alınıb.

“Azərbaycan vətəndaşı sərhəddən gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər keçirməyə cəhd etmişdir”, - məlumatda belə deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərlər