2014-cü illə müqayisədə manatın dollara çevrilməsinə indi daha az ehtiyac var - Vüsal Qasımlı

11:02 - 13.03.2020


13 mart, Fineko/abc.az. Manatla əmanətlərin dollara çevrilməsi bir tərəfdən əmanət faizləri arasındakı fərq, digər tərəfdən isə konertasiya xərclərinə görə orta hesabla 10 faizə qədər vəsait itkisi deməkdir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, rasional seçim nəzəriyyəsinə görə, manatla əmanətlərin dollara çevrilməsi indi daha risklidir və əhali buna könülsüzdür.

V.Qasımlının fikrincə, başqa tərəfdən, 2014-cü ildə manatla depozitlər 9 milyard dollardan artıq bir dəyərə malik olduğu halda, hazırda bu göstərici 5,1 milyard dollar ekvivalentindədir: "Manatla depozitlərin dollarlaşma təzyiqi də hazırda 2014-cü illə müqayisədə dəfələrlə azalıb. Əvəzində sərbəst dönərli valyuta ilə depozitlər bu ilin yanvarında 10,6 milyard manata çatmaqla, 2014-cü ildəki göstəricidən 2,6 dəfə çoxdur. Sərbəst dönərli valyutada depozitlərin artması valyuta bazarına təzyiqi azaldan bir haldır. Ümumiyyətlə, 2014-cü ildə geniş pul kütləsinin (M3) 81 faizi, hazırda isə 63 faizi manatla ifadə olunur. Manatın geniş mənada pul kütləsində xüsusi çəkisi 2014-2020-ci illərdə 29 faiz azalıb. Bu da o deməkdir ki, manatın dollara çevrilməsi üçün indi 2014-cü ilə nisbətən daha az ehtiyac var".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər