330x110
 

SOCAR İstiqrazları rekord qiymətə satılıb - Şirkətdən açıqlama

13.03.2020,11:18


13 mart, Fineko/abc.az. 3 ildən artıqdır ki, tədavüldə olan SOCAR İstiqrazlarının təkrar bazardakı satış qiyməti $1050-a yüksəlib və bu qiymətlə də satış həyata keçirilib.

ABC.AZ "SOCAR Capital"-a istinadən xəbər verir ki,  bu göstərici istiqrazların buraxıldığı tarixdən indiyə kimi olan ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici $1046 təşkil edib.

İstiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm faktordur.

2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR İstiqrazları indiyədək sahiblərinə 16 milyon 250 min dollar gəlir qazandırıb.

SOCAR İstiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 milyon dollar təşkil edir və 2100 ədəd əqd bağlanıb.

Ümumi emissiya məbləği $100 milyon olan, illk 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.

Müəlif: Elmir Murad