Dollarlaşma təzyiqi 6 il əvvəllə müqayisədə xeyli azalıb - Vüsal Qasımlı

11:48 - 13.03.2020


13 mart, Fineko/abc.az. Banklardan kənardakı nağd pulun geniş pul kütləsinə hazırki nisbətini 2014-cü ilin eyni göstəricisi ilə müqayisə edəndə, hazırda daha çox azalmanın şahidi oluruq – 45 faiz.

ABC.AZ xəbər verir ki,  bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, pul aqreqatları ilə hesablayanda, hazırda dollarlaşma təzyiqi 2014-cü ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Buna görə də, hökumətə və Mərkəzi V. Qasımlı hesab edir ki, banka hazırda valyuta bazarının tələbini ödəmək daha asandır: "Bu il ərzində Çin, İran və başqa ölkələrdən idxalın azalması perspektivini və ötən ilki monetar qızılın idxalını da nəzərə alanda idxal ehtiyacları üçün keçən illə müqayisədə daha az valyuta lazım olacağını proqnozlaşdıra bilərik.

Yeri gəlmişkən, Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir. Bu həftə Mərkəzi Bankda həyata keçirilən valyuta hərracları isə Dövlət Neft Fondu ilə birlikdə baş tutub. Hansı ki, Dövlət Neft Fondu büdcəyə transfert və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün bu il onsuz da indiki kursla 6,8 milyard dolları yerli bazara təklif etməyi planlaşdırır.

Hazırda əsas vəzifə valyuta bazarında tələb-təklifi tənzimləmək və panikaya yol verməməkdir. Əhalinin valyuta tələbi tam ödəniləcəkdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər