Dövlət Neft Fondu mütəmadi olaraq valyuta bazarına dollar çıxarır - Açıqlama

12:33 - 13.03.2020


13 mart, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) bir sıra vacib məsələlərə aydınlıq gətirib.

ABC.AZ sizin üçün də faydalı olacaq açıqlamanı təqdim edir.

Məlum olduğu kimi, ARDNF-nin əsas gəlirləri ABŞ dolları ilə ifadə edilən xam neftin və qazın satışından daxilolmalar hesabına formalaşır.

ARDNF-nin xərc istiqamətlərində əsas yeri isə dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər təşkil edir.

Bu öhdəliklərin icra etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir. Bu isə o deməkdir ki, ARDNF tərəfindən böyük məbləğdə ABŞ dolları valyutası mütəmadi olaraq valyuta bazarına çıxarılır.

 

Bütün xəbərlər