Daha 5 milyard ABŞ dolları satışa çıxarılacaq - ARDNF tərəfindən

14:11 - 13.03.2020


13 mart, Fineko/abc.az. Dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir.

ABC.AZ Dövlət Neft Fonduna istinadən xəbər verir ki, ARDNF-nin 2020-ci il büdcəsində 11,56 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manat ilə ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 6,8 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur.

Cari ilin əvvəlindən bugünə qədər satışa ümumilikdə 1,8 milyard ABŞ dolları və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün Fond tərəfindən 5 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər