Yaxın vaxtlarda Bakı Limanında gömrük anbarı fəaliyyətə başlayacaq – Yenilik

14:21 - 13.03.2020


13 mart, Fineko/abc.az. Azərbaycanın nəqliyyat sahəsində çalışan dövlət və özəl qurumlarını özündə birləşdirən İşçi Qrupunun üzvləri Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin yük daşımaları üzrə törəmə şirkəti olan “Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karqla fikir mübadiləsi aparıblar.

ABC.AZ xəbər verir ki, İşçi Qrupunun diqqətinə çatdırılıb ki, Şərq-Qərb istiqamətində ildə 1.5 milyon konteynerin daşınmasına ehtiyac var, Avropa və Çin arasında daşınan konteynerlərin sayı isə 600 mindir. Bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Bakı Limanından keçərək Türkiyə üzərindən Avropaya nəql olunmasını planlaşdırır.

T.Karql yaxın aylarda Bakı Limanında malların müvəqqəti saxlanc və gömrük anbarının fəaliyyətə başlamasını Xəzər dənizi hövzəsində işləyən iri transmilli şirkətlərin maraqlarına xidmət edəcəyini də qeyd edib.

Görüşün sonunda Bakı Limanı ilə “Rail Cargo Group” arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karql imzalayıblar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər