Neft-qaz sektorunun həcmi azalıb - Dövlət Komitəsi

14:43 - 13.03.2020


13 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalma müşahidə edilib.

ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.

 

 

Bütün xəbərlər