Dövlət Komitəsi tarixi binanın sökülməsi xəbərinə münasibət bildirdi - Sökülməyəcək

17:34 - 13.03.2020


13 mart, Fineko/abc.az. Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi ilə bağlı əsassız məlumat yayılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, qurum doğru olmayan bu məlumata cavab olaraq bildirir ki, sözügedən ünvanda yerləşən əmlak kompleksi Komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır.

Əmlak kompleksinin daşınmaz əmlakı 1 ədəd 5 mərtəbəli, 4 ədəd 1 mərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.

Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, bu kimi məlumatları yalnız rəsmi mənbələrlə dəqiqləşdirdikdən sonra yayımlasınlar.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər