Türkiyədəki Azərbaycan vətəndaşları Bakıya çarter reysləri ilə qaytarılır - Qaynar xətt də yaradıldı

10:15 - 16.03.2020


16 mart, Fineko/abc.az. Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, çarter reysi 16 marta planlaşdırılıb. Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Belə ki, lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Qeyd edək ki, Türkiyədə yaşayan, təhsil alan və ya müvəqqəti qalan Azərbaycan vətəndaşlarının mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün səfirlik və baş konsulluqda “qaynar xətt” yaradılıb.

“Qaynar xətt”in nömrəsi: +90537 282 67 40

 

Bütün xəbərlər