ASA sədri “Standard İnsurance”-da çətinliklərin olduğunu təsdiqlədi - Açıqlama

10:42 - 16.03.2020


16 mart, Fineko/abc.az. “Standard İnsurance”-da çətinliklər var və bu fikirlə razıyam.

Bunu ABC.AZ - Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Azər Əliyev adıçəkilən şirkətlə bağlı son zamanlar artan şikayətlərə münasibət bildirərkən deyib.

ASA sədri şirkətdəki çətinliklərə baxmayaraq son dövrlər "Standard İnsurance"-da bəzi müsbət yeniliklərin olduğunu da qeyd etdi. A.Əliyevin sözlərinə görə, "Standard İnaurance"-ın rəhbərliyindəki dəyişiklikdən sonra şirkətə əlavə sərmayə qoyulub: "Mən bilən axır vaxtlar təsisçilər də siyasətlərini dəyişdilər və ilin axırında ora əlavə sərmayə qoyublar. Həmçinin təzə bir rəhbərlik gəlib, yeni strategiya hazırlayıblar. Ola bilsin ki, bu ildən başlayaraq “Standard İnsurance”-in vəziyyəti biraz daha yaxşı olacaq. Amma hər şey onların özündən asılıdır. Mən sadəcə hardansa eşitdiyim məlumatları və müşahidələrimi sizinlə bölüşürəm".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər