330x110
 

İlin sonunadək əmanətlərin bir hissəsi banklardan çıxarılacaq - Ekspertdən proqnoz

16.03.2020,12:25


16 mart, Fineko/abc.az. Xəbər verdiyimiz  kimi ötən həftə Milli Məclisdə əmanətlərin tam sığortalanması müzakirə olunaraq müddətin 9 dekabra qədər artırılması barədə qərar verilib.

Beləliklə də əmanətlər tam olaraq 9 ay müddətində yenidən sığortalanıb. Müddətin az olması ekspertlər tərəfindən və ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bəs görəsən əmanətlərin tam sığortalanması müddətinin az olması bank sektoruna necə təsir edəcək?

Bu sualla ekspert Əkrəm Həsənova müraciət etdik. Ə.Həsənov ABC.AZ-a bildirdi ki, müddətin az olması tədricən əmanətlərin cüzi hissəsinin (əsasən xarici) ilin sonunadək banklardan çıxarılmasına, əksərinin isə bir neçə bank arasında bölüşdürülməsinə gətirib çıxaracaq.

Ekspert fikrini belə əsaslandırdı: "Yəni əmanətçilər indidən tədbir görəcək ki, ilin sonunda müddət bitəndən sonra riskləri olmasın. Bu isə banklar arasında mövcud disbalansı nisbətən düzəldəcək. Yəni əmanətlərin sırf bir neçə bankda cəmləşməsinə son qoyulacaq. Bu da müsbət haldır. Odur ki, ümumiyyətlə bu məsələdə problem görmürəm".

Müəllif: Elmir Murad