330x110
 

Hüquqi şəxslərin qeydiyyatında dəyişiklik - Nazirlikdən müraciət

16.03.2020,14:40


16 mart, Fineko/abc.az. Azərbaycanda koronavirusla bağlı Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidmətinə dəyişiklik edib.

ABC.AZ xə.az xəbər verir ki, bununla bağlı nazirlik hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və vətəndaşlara müraciət edib.

Müraciətdə qeyd olunub ki, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərməyiniz tövsiyə olunur.

Sənədlərinizi skan olunmuş şəkildə müraciətinizə əlavə edərək [email protected]  elektron  ünvanına göndərə bilərsiniz. Müraciətdə şəxsin adı, soyadı, atasının adı və əlaqə məlumatları qeyd olunmalıdır.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirə bilərsiniz.

Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndəriləcəkdir.

Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almağınız xahiş olunur.

Əlaqə nömrəsi: (+99412) 403 88 84