Nazirlik 20 min manatdan artıq dollar alanları araşdırır – Açıqlama

15:09 - 16.03.2020


16 mart, Fineko/abc.az. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq, 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunur.

ABC.AZ Vergilər Nazirliyinə istinadən xəbər verir ki, vergi orqanları digər dövlət orqanları və banklarla birlikdə öz səlahiyyətləri daxilində nağd qaydada valyuta mübadiləsi əməliyyatı aparan şəxslərin iştirakı ilə müvafiq araşdırmalar həyata keçirərək qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların vergiyə cəlb olunmasını təmin edir, valyuta mübadiləsi əməliyyatının predmeti olan pul vəsaitinin mənbəyi və vergilənməsi barədə müvafiq məlumatların əldə edilməsi mümkün olmadığı halda, əməliyyatda cinayət əlamətlərinin olması hallarının araşdırılması üçün aidiyyəti orqanlara müraciət edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər