Əsas kapitala yönləndirilən vəsaitlər artıb - 2 ayın nəticəsi

16:44 - 16.03.2020


16 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 254 milyon manat və ya 14,8% çoxdur.

Sözügedən dövrdə sərf edilmiş vəsaitin 58,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 68,3 faizi məhsul istehsalı sahələrinə, 20,6 faizi xidmət sahələrinə, 11,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

İnvestisiya qoyuluşlarının 58,3%-i daxili mənbələrdən, 41,7% xarici mənbələrdən yatırılıb.

Qeyd edək ki, məbləğ ifadəsində yatırılan investisiyaların 1 145,7 milyon manatı daxili, 819,5 milyon manat xarici mənbələrin payına düşüb.

 

Bütün xəbərlər