Beynəlxalq poçt göndərişləri də dayandı - Qısa müddətlik

17:23 - 16.03.2020


16 mart, Fineko/abc.az. Koronovirusla əlaqədar beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.

ABC.AZ xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

Nazirliyin məlumatına görə, odur ki, quruma məxsus “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu bu gündən müvəqqəti dayandırılır.

 

Bütün xəbərlər