330x110
 

Güclü düşmədən sonra neft qiymətləri yüksəlir, Azeri Light 11% azalıb

17.03.2020,10:32


17 mart, Fineko/abc.az. Neftin etalon markaları ötən günkü güclü enişdən sonar çərşənbə axşamı günü artır.

Martın 16-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $3,80 (11,23%) düşərək bir barelə $30,05 təşkil etmişdir.

May fyuçersi saat 9:45-də isə $0,56 (1,86%) artaraq bir barelə $30,61 təşkil etmişdir.

Martın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $3,03 (9,55%) düşərək bir barelə $28,70  təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:45-də $1,13 (3,94%) bahalaşaraq bir barelə $29,83  təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $3,77 (11,4%) düşərək bir barelə $29,37  təşkil edib.