237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb

10:43 - 17.03.2020


17 mart, Fineko/abc.az. Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.

Bu barədə ABC.AZ-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilib.

Qeyd olunur ki, saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.

Xatırladaq ki, daha əvvəl martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilmişdir.

Daha öncə məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün

Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılmışdır.

“Qaynar xətt”in nömrəsi: +90537 282 67 40

 

Bütün xəbərlər