“AccessBank” koronavirusa qarşı dezinfeksiya işlərini davam etdirir

11:02 - 17.03.2020


17 mart, Fineko/abc.az.  Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə “AccessBank”ın bütün inzibati binaları və filialları dezinfeksiya edilir. Bank əməkdaşları və müştərilərinin sağlamlıqları nəzərə alınaraq, dezinfeksiya işləri davamlı olaraq həyata keçirilir. Qoruyucu tədbirlərin mütəmadi olaraq, bütün inzibati binalar və filiallar üzrə aprel ayının sonuna qədər reallaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, aparılan dezinfeksiya işləri ərazini 15 gün ərzində qoruyur. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün tam zərərsizdir.


Dezinfeksiya tədbirlərindən əlavə, artıq bir müddətdir ki, bank əməkdaşlarına virusdan qorunmaq üçün maskalar paylanılıb, inzibati binalar və filialların girişlərində spirt tərkibli məhlullar quraşdırılıb. 

 

Bütün xəbərlər