Azərbaycan Meliorasiya və Su Təsərrüfatına pul ayrıldı – Sərəncam

11:14 - 17.03.2020


17 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında  Sərəncam imzaladı.

Sərncama əsasən, Bərdə rayonunun əhalisi 34320 nəfər olan 21 yaşayış məntəqəsində  əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 23 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 1,61 milyon  manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrıldı.

 

Bütün xəbərlər