Nazirlik Kollec və yataqxana tikəcək - Müqavilə imzalandı

12:02 - 17.03.2020


17 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Aqrar Universiteti üçün Kənd təsərrüfatı yönümlü kollec tikiləcək.

ABC.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi artıq bununla bağlı müqavilə də imzalayıb. Belə ki, nazirlik kollecin tikintisinin layihələndirilməsi üçün "FENİKS-AA" MMC ilə məbləği 94 min 300 manat miqdarında müqavilə bağlayıb.

Kolleclə yanaşı nazirlik müəllimlər üçün yataqxana tikməyi də nəzərdə tutur. Bunun üçün də nazirlik adıçəkilən şirkətlə 61 min 242 manat məbləğində müqavilə bağlayıb. Qeyd edək ki, yataqxana 30 mənzilli olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər