Gömrük Komitəsi vətəndaşlara müraciət etdi

12:13 - 17.03.2020


17 mart, Fineko/abc.az. Dövlət Gömrük Komitəsində vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər olacaq.

ABC.AZ  Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, martın 17-dən Dövlət Gömrük Komitəsində qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.

Vətəndaşlar müraciətlərini yazılı şəkildə “[email protected]” elektron ünvanına göndərə və ya komitənin rəsmi internet saytında fəaliyyət göstərən komitə sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər