İnsanlar anlamalıdır ki, həmişə icbari yox, könüllü qayda da onlar öz mülkiyyətini sığortalamalıdırlar - Azər Əliyev Müsahibə

12:30 - 17.03.2020


İnsanlar anlamalıdır ki, həmişə icbari yox, könüllü qayda da onlar öz mülkiyyətini sığortalamalıdırlar - Azər Əliyev Müsahibə                                                                       

Azərbaycan sığortaçılar Assosasiyasının (ASA) sədir Azər Əliyev ABC.AZ-a müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Hazırda sığorta bazarındakı durum sizi qane edirmi?

- Hazırkı vəziyyəti normal qiymətləndirirəm, amma qane etmək məsələsi biraz sual altındadır. Çünki daha öncəki müsahibələrimdə də bildirdiyim kimi cari nəticələr ilə müqayisədə mövcud potensial bizdə daha böyükdür. Sadəcə bu potensialdan düzgün istifadə etmək lazımdır. Əgər son iki ilin göstəricilərinə nəzər salaq yığımlarda azalmanın olduğunu müşahidə edə bilərik. Bildiyimiz kimi bu azalmanın ən böyük payı Həyat sığortasının üzərinə düşür ki, bunun əsas səbəbi isə ilin əvvəlində vergi sahəsində baş verən islahatlarla əlaqədardır. Qeyd etdiyim kimi potensial çox böyükdür. Əgər biz planlaşdırdığımız tədbirləri həyata keçirsək düşünürəm ki, 1 və ya il yarıma istədiyimiz nəticələrə çata bilərik.

- Azərbaycanda uzun illərdir ki, sığortanın avtonəqliyyat vasitələrinin icbari sığortası növü daha populyardı. Digər sığorta növünün populyarlaşması üçün hansı tədbirlər düşünülür?. Və digər sığorta növlərinin qeyri-populyar olmasının səbəbi nədir?

- İlk növbədə biz təbii ki, sığorta mədəniyyətinin vacibliyini qeyd etməliyik. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü bizdə daha populyardır və geniş kütləni əhatə edir. Bildiyimiz kimi icbari sığorta növləri qanunla tənzimlənir  və bu gün həmin qanun tələb edir ki, sükan arxasında əyləşən hər bir şəxs öz avtomobilinin məsuliyyətini mütləq şəkildə sığortalamalıdır. Əgər biz insanlar arasında sığorta mədəniyyətinin daha da dərinləşməsinə nail ola bilsək, əlbəttə ki, digər sığorta növlərinində inkişafına nail ola bilərik. Məsələn, son zamanlarda gündəmdə olan “Daşınmaz Əmlakın İcbarı sığortası” məhsulunu qeyd edim. Son zamanlarda bu növ üzrə artım müşahidə edilmişdir. Bəzən daşınmaz əmlakın sığortası ilə bağlı ajiotajlı məlumatlara rast gəlirik. Ötən il baş verən bir çox xoşagəlməz hadisələr icbari sığortanın bu növünün vacibliyini bir daha vurğuladı. Xüsusilədə 2019-cu ilin dekabırından etibarən bunu aydın şəkildə görmək mümkündür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası kimi bu məhsul üzrədə qanun və cərimə tədbirləri mövcuddur. Ötən il qanunun tələbi ilə bu məhsulun tətbiqi nəticəsində insanlar əmlaklarını sığortalamağın vacibliyini anladılar və bunu etməyə başladılar.  Düzdür insanların bəziləri  bunu cərimələrdən irəli gələn qorxu ilə, bəziləri isə həqiqətən məhsulun faydalı olduğunu düşünürək baş verə biləcək risklərdən sığortalanmaq üçün bunu edirdi. Sadəcə bildirmək istəyirəm ki, biz qısa müddət ərzində müşahidə etdik ki, digər növlər də inkişaf etdirilə bilər. Bunun üçün biz mütləq şəkildə sığorta mədəniyyətinin inkişafına nail olmalıyıq, digər tərəfdən mövcud olan qanunlar tam şəkildə işləməlidir və insanlar da buna riayət etməlidir. Əgər bu iki məsələ həll olunsa mən inanıram ki, bizim sığorta bazarımız inkişaf edə bilər. Nəyi etmişik, nəyi etməmişik? Əlbəttə ki, hər il hansısa formatda maarifləndirici işlər mütləq aparılır. Azərbaycan Sığortaçılar Assosasiyası həm Sığorta şirkətləri ilə, həm də Nəzarət orqanı ilə birlikdə əhalinin maarifləndirilməsi və sığorta mədəniyyətinin dərinləşdirilməsi tədbirlərini mütəmadi olaraq həyata keçirir. Sadəcə bu kimi işlərin sayının daha da artırılmasına ehtiyac var. Düşünürəm insanlara vaxt lazımdır onlar anlasınlar ki, həmişə icbari qaydada yox, könüllü də onlar öz mülkiyyətini sığortalamalıdırlar.

- Assosiyanıza şikayətlər daha çox hansı şirkətlərlə bağlı daxil olur?

Reallıqda şikayətlərin əksəriyyəti bizə yox, nəzarət orqanlarına daxil olur və onlar bu işlə məşğul olur. Ötən il bizim quruma maksimum 5-6 şikayət daxil olmuşdur və bunların hər biri müxtəlif sığorta şirkətinə aid idi. Əgər ümumi vəziyyətə baxsaq, yaxşı olardı ki, biz bu cür məlumatı nəzarət orqanından yəni Mərkəzi Bankdan götürək. Təəssüf ki, bu günə kimi hələ də müştərilər sosial şəbəkələrdə yazır və  bəzən də KİV-lərdə də bu cür şikayətlərə rast gəlirik. Bəli bir neçə sığorta şirkəti var ki, indiki vəziyyətdə onlar tərəfindən görülən xidmət səviyyəsi aşağıdır. Amma ola bilsin ki, bəzi şikayətlər doğru məlumatı əks etdirsin, bəziləri isə yox. Çünki çox vaxtlar müştərilərin özləri də tam şəkildə qanunun tələblərini bilmirlər. Düşünürlər ki, onlara qarşı hansısa dələduzluq halı baş verib və ya hər hansı şirkət və ya əməkdaş onların pullarını tam ödəmir. Ona görə bu barədə konkret bir söz demək çətindir. Ancaq şikayətlərin sayı çoxdur və əlbəttə ki, bizim bu barədə məlumatımız mövcuddur. Şikayətlərin əksəriyyəti fiziki şəxslərdən daxil olur və şikayətlərin 99 faizi avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə olur. Bəs bunun səbəbi nədir? Bu məhsul üzrə bu gün sığorta şirkətləri  maliyyə tərəfdən zərərlə işləyir. Məhsul üçün müəyyən edilən sığorta haqqı 2010-cu ildə müəyyənləşdirilib. Həmin vaxtın statistik göstəricilərinə, mövcud olan qiymətlərinə və dövrün maliyyə vəziyyətinə görə bu qane edici idi. Amma bu gün bilirsiniz ki, 2 dəfə devalvasiya baş verib və artıq 10 ilə yaxındır ki inflyasiya mövcuddur. Bu məhsul üzrə yığılan haqlar və ödənilən təminatlar, bu günki iqtisadi vəziyyətə və tələblərə cavab vermir. Sığorta şirkətləri tam şəkildə, normal qayda da lazımlı olan xidməti göstərə bilmirlər. Siz bilirsiniz ki, bonus-malus sistemi var və təbii ki bütün şirkətlər bundan istifadə edir. Orta sığorta haqqı bu növ üzrə 40 faizə qədər düşüb. Bunlar hamısı nəyə gətirir? Ona gətirir ki, artıq sığorta şirkətləri də bu cür məhsulu satanda onların lazımlı olan vəsaitləri çatmır. Çünki sığorta elə bir sahədir ki, şirkət çoxlu premiya yığır, onların üzərində rezerv yaradır, sonra isə gündəlik ödənişləri həyata keçirir. Lakin yığılan haqlar artıq lazımlı olan rezervləri hazırlmaq üçün kifayət etmir. Bununla yanaşı sığorta hadisələrinin artması elə bir səviyyəyə çatıb ki, onlar artıq sığorta şirkətləri üçün böyük bir problem yaradıb. Ona görə də müştərinnin şikayəti olduğu zaman onlarla hansısa iş aparanda sığorta şirkətləri öz tərəflərindən çıxış edir. Təbii ki bü düzgün yanaşma deyil. Mən sığorta şirkətlərinin müştəriyə o pulları ödəməmək və ya onlarla problem yaratmalarının tərəfdarı deyiləm. Əlbəttə ki, bürokratik əngəllərdə mövcuddur. Bəzi hallarda müştərilər fikirləşirlər ki, sığorta şirkətləri ödənişin vaxtını uzadır. Bu cür hallar baş verə bilər. Amma sayları elə də çox deyil. Düşünürəm ki, ödənişlərin yubadılması, bürokrtik əngəllər 20 faizdən çox deyil.

- Bəs qanunvericilik tərəfdən çıxış etsək neçə gün müddətində ödəniş olmalıdır?

- Ümumiyyətlə ilk öncə qeyd etmək istəyirəm ki, hadisə baş verdiyi zaman insanlar sığorta ödənişinin verilməsi ilə bağlı müvafiq sığorta şirkətinə ən qısa zamanda müraciət etməlidirlər. Qanuna əsasən sığorta şirkətləri tərəfindən sığorta ödənişi vətəndaşlara sonuncu sənəd təqdim edildiyi gündən etibarən 7 iş günü ərzində ödənilməlidir. Bəzən elə hallarla rastlaşırıq ki, vətəndaşlar sənədləri gecikdirir, hətta hadisə baş verdiyi tarixdən 1 ay sonra belə sənədi sığorta şirkətinə təhvil verən vətəndaşlar mövcuddur. Sığorta müqaviləsinin şərtləri ilə tam şəkildə məlumatı olmayan bu kimi sığortalı şirkətə qarşı iddia qaldırır və bildirir ki ödənişin tarixini gecikdirirlər. Halbuki qeyd etdiyim kimi ödəniş hadisə baş verdiyi tarixdən yox sonuncu sənədin təhvil verildiyi tarixdən etibarən hesablanır və 7 iş günü ərzində təhvil verilir. Amma bir daha qeyd etmək istərdim ki, sığorta şirkətləri bəzi hallarda özləri də çalışırlar ki, ödənişləri uzatsınlar. Bu da təbii ki, şirkətin maliyyə vəziyyətindən asılıdır.

- Siz bayaq qeyd etdiniz ki, bürokratik əngəllər törədən şirkətlər maliyyə vəziyyətinin pis olmasından aslıdır. Hazırda maliyyə vəziyyəti yaxşı olmayan şirkətlər çoxdurmu?

Bu cür şirkətlərin sayı elədə çox deyil. Düşünürəm ki, maksimum 3 şirkətin maliyyə durumu ürəkaçan deyil. Yaxşı olardı ki, onlar da maliyyə vəziyyətlərini düzəltsinlər.

- Azər bəy, bayaq ödəmələrin gecikdirilmələri ilə bağlı məsələyə toxunduq. Yanvardan etibarən marta kimi, yəni bu 3 ayın statistikasına baxsaq məhkəmələrdə belə süründürməçiliklərlə, ödəmələrin gecikdirilməsi ilə bağlı nə qədər şikayət var?

- Məhkəmələrdə bu cür məsələr ola bilər. Lakin məndə bu haqda dəqiq məlumat yoxdur. Bəzi işlər var ki, artıq bir ildən çoxdur məhkəmədə qalıb, bəzi işlər isə təzəlikcə ora göndərilib. Ona görə də biz də bu məsələ ilə bağlı konkret məlumat yoxdur.

-Ümumiyyətlə belə hallarla bağlı siz sığorta şirkətlərinə hansı tövsiyyələr verirsiz və ya bununla bağlı hər hansı cıza mexanizmi varmı?

- Asossasiya olaraq bizim belə səlahiyyətimiz və imkanımız yoxdur. Bizim quruma hər hansı müraciət daxil olduğu zaman həmin sığorta şirkətinə məktub göndəririk ki, araşdırma aparsınlar. Amma hər hansı bir cəza mexanizmi və ya məcbur eləmək kimi imkanlarımız yoxdur. Məlumatı topladığımız zaman biz həmişə tövsiyyə veririk ki, çalışın müştəri maraqlandıran sualları cavablandırın. Amma bununla bağlı nəzrət orqanı Mərkəzi Bankdır. Əgər kimsə hansısa bir narahatçılığını bildirmək istəyirsə Mərkəzi Banka müraciət etməlidir.

- Son zamanlar bir neçə müddətdir ki, süründürməçiliyə və bürokratik əngəllərə görə sanki cəmiyyətdə bir sığorta şirkətlərinə qarşı inamsızlıq yaranıb. Asossasiya olaraq bununla bağlı hansı tədbirlər görmək olar və hazırda görülür?

Təbii ki, bir neçə istiqamətdə işləmək labüddür. Bir tərəfdən sığorta şirkətlərinin özləri ilə də işləmək lazımdır. Çünki biz onlara izah etməliyik ki, hər hansı bir sığorta şirkətinin fəlaiyyətində baş verən nöqsan bütün bazar hqqında neqativ görüntü yarada bilər və yaradırda. Digər tərəfdən müşətirilərin özləri ilə də iş aparmaq lazımdır. Çünki təssüfləndirici haldır ki, inasanların 90 faizinin sığorta ilə bağlı ümumi məlumatı yoxdur və ya çox zəifdir. Şirkətlərin bazar üçün kifayət sayıda sığorta məhsulu var və vətəndaşlarda bu məhsullardan yararlanır. Amma məsələ sığorta haqqının ödənilməsinə gəldikdə nə formada həyata keçirmək lazım olduğunu, neynəmək lazım olduğunu, və ödənişi necə nə vaxt etmək lazım olduğu haqqında tam şəkildə məlumata malik deyillər. Buda sonda bəzi narazıçılqların yaranmasına səbəb olur. Statistikaya baxsaq görərik ki, əsas narazıçılıq yaradan məsələlər avtomobil məsuliyyət sığortası ilə bağlıdır. Biz yarım ildən çoxdur çalışırıq ki, sığorta şirkətlərini mütəmadi olaraq bu növün zərərli olması ilə bağlı məlumatlandıraq. Sığorta şirkətlərinin həll etməli olduğu ən mühüm məsələrdən biri komissiyon muzdlarla bağlıdır. Bazarda bu gün belə bir məlumat var ki, sığorta şirkətləri qanunda göstəriləndən daha çox komissiyon verirlər. Ona görə də biz çalışırıq izah edək ki, nə qədər çox komissiyon ödənişlər etsəz deməli sonda bu vətəndaşa və ya hansısa müştəriyə ödənilən məbləğdən çıxılacaq və müştəri məmnunluğuna təsir edəcək.

Biz məqalələr buraxırıq, çalışırıq ki, sığorta haqqında hansısa verilişlərdə iştirak edək, sığorta ödənişlərindən, sığorta məhsullarından danışaq. Bu formatda işlər aparmağımıza baxmayaraq düşünürəm ki kifayət deyil. Hesab edirəm ki, məktəblərdə şagirdlərlə, universitetlərdə tələbələrlə iş aparmalıyıq və onlara sığortanın nə olduğunu izah etməliyik. Bəzən insanlar sığortanın məcburi ödənilməli olan rüsum vergi olduğunu düşünürlər . Amma reallıqda sığorta hər bir vətəndaş üçün maliyyə təhlükəsizliyidir. Bunun üzərində işləmək lazımdır.

- AXA MBASK sığorta şirkətinə dövlət tərəfindən bəzi güzəştlərin ediləcəyi və şirkətin yenidən fəaliyyətə başlayacağı barədə birara məlumat dolaşırdı. Ola bilərmi AXA MBASK sığorta şirkəti yenidən fəaliyyətə başlasın?

- Hər şey ola bilər. Mən hesab etmirəm ki, AXA MBASK-ın bağlanması güzəşt olub-olmaması ilə bağlıdır. Sığorta şirkətlərinin zərərlə və ya mənfəətlə işlədiyini dərhal görə bilmərik və onların maliyyə nəticələrinin təhlili üçün müəyyən vaxt keçməlidir. Hesab edirəm ki, AXA MBASK-ın bağlanması sırf maliyyə məsələsi idi. Bildiyiniz kimi onlar böyük və beynəlxalq bir şirkətdir. Bəzən belə böyük şirkətlər dünyanın qlobal vəziyyətinə baxırlar və hesab edirlər ki, öz resurslarını daha böyük bazarlarda bundan xeyli effektiv istifadə edə bilərlər . Məncə bu AXA MBASK-ın öz qərarıdır və əminəm ki, qərarda biznes məsələsi xüsusi rol oynayıb.

- Ekspertlər hesab edir ki, Azərbaycanda həyat sığortası şirkətləri azdır. Ümumiyyətlə bu nə ilə əlaqədardır. Ola bilərmi yaxın zamanlarda yeni həyat sığorta şirkətləri fəaliyyətə başlasın?

-Hansı ekpertin bu şəkildə düşündüyü barədə dəqiq məlumatım yoxdur lakin mən hesab edirəm ki, Azərbaycan bazarı üçün 5 həyat sığorta şirkəti çoxdur. Məncə biznesin inkişafını sayla ölçməməliyik. Bunun potensialı olmalıdır. Biz sığortadan danışırıqsa ilk növbədə iqtisadiyyata və əhalinin sayına fikir veməliyik. Həyat sığortası üzrə bazarda 2 məhsul var. Biri həyatın yığım sığortası, digəri isə bədbxt hadisələr üzrə olan məhsul. Təbii ki, əlavə şirkətlərin olması yaxşı haldır. Əlavə şirkətin olmağı bazarda rəqabət deməkdir. Amma nəzərə almaq lazımdır ki, məhsullar sırf iki ədəddir. Məlumatım olduğu qədər bir məhsulla 2 şirkət işləyir, digər məhsulla isə hal-hazırda 4 şirkət işləyir. Bir məhsul olan yerdə daha çox zərərliliyə gətirib çıxara bilər. Çünki bu zaman rəqabət başlanır və məhsul icbari məhsuldur. Bu zaman gedişat bəllidir. Sən nə istəyirsən elə, ola bilsin orda komissiyon məsələsi qalxa bilər. Əgər komissiyon qalxarsa deməli zərərlilik də artır. Ona görə də cari vəziyyətdə yeni həyat sığorta şirkətinin yaradılmasının tərəfdarı deyiləm. Çünki bazar bu gün elə də inkişaf etməyib ki, bizə əlavə şirkətlər lazım olsun. Bizindiki vəziyyətdə mövcud potensiallardan istifadə etməliyik və mövcud bazarı genişləndirməliyik.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər