330x110
 

Ölkəyə ərzaq məhsullarının gətirilməsində çətinlik yoxdur - Təlaşa son

17.03.2020,12:37


17 mart, Fineko/abc.az. Azərbaycanda bir qayda olaraq kartof üzrə qalıq, həmişə ərzaq kimi istehlak olunan məhsulun 70 faizindən çox olur.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin ərzaq bazarı sahəsində mövcud vəziyyəti şərh edərkən deyib.  

O qeyd edib ki, Azərbaycanda özünütəminetmə səviyyəsi tərəvəz üzrə 112 faiz, bostan məhsulları üzrə 100,8 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, ət və ət məhsulları üzrə 82,5 faiz, yumurta üzrə 101,8 faiz, süd və süd məhsulları üzrə 86,2 faiz, duz üzrə 111,4 faiz və çörək və çörək məmulatları üzrə 100 faizdir. Bütün növ ərzaq məhsulları üzrə ehtiyatlarımız kifayət qədərdir.

 İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki, ölkəyə məhsulların, o cümlədən, ərzaq məhsullarının gətirilməsində heç bir çətinlik yoxdur. Üstəlik dövlətin də ərzaq ehtiyatları var ki, istənilən fors-major halında əhalinin təminatı həyata keçirilə bilər".

Müəllif: Elmir Murad