SOCAR vətəndaş qəbulunu dayandırdı - 12 günlük

14:36 - 17.03.2020


17 mart, Fineko/abc.az. SOCAR vətəndaşların qəbulunu dayandırıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, Dövlət Neft Şirkətində vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

Bu dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin SOCAR-ın rəsmi “[email protected]” elektron poçt ünvanına müraciət edə və elektron resursda (“www.socar.az”) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər