Azərbaycan Mərkəzi Bankı Qısamüddətli Notları tam yerləşdirə bilmədi

17:17 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Bakı Fond Birjasl” QSC-in məlumatına əsasən, yanvarın 4-də AMB, 50100167S  dövlət qeydiyyat nömrəli notlar satıb.

Notlar, 250 milyon manat həcmində, 27 gün tədavül müddəti ilə təklif edilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olan 9 sifariş daxil olub. İnvestorların təklif etdiyi qiymət intervalı  98,8882 AZN (14,99%) və 98,9984 AZN (13,48%) təşkil etmişdir.

ABM-nın qərarına əsasən,  istiqrazların kəsmə qiyməti 98,8882 AZN (gəlirlilik 14,99%), orta ölçülmüş qiyməti 98,9222 AZN (gəlirlilik 14,52%) müəyyən edilmişdir.Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 31 yanvar 2018-ci il.

 

Bütün xəbərlər