Əhalinin maddi rifahını qorumaq üçün böyük imkanlar mövcuddur - Deputat

16:44 - 17.03.2020


17 mart,Fineko/abc.az. Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclası keçirilib.

ABC.AZ xəbər verir ki, Komitə sədri Tahir Mirkişili bildirib ki, bu gün dünyada baş verən hadisələr, xüsusi ilə koronavirus infeksiyasının yayılması iqtisadiyyatda yeni bir reallıq yaratmaqdadır.

O qeyd edib ki, hazırda iqtisadi fəallığın aşağı düşməsi, bir çox xidmət sahələrində, o cümlədən turizm, loqistika, təhsil, digər sahələrdə məhdudiyyətlərin tətbiq olunması dünya iqtisadiyyatında ləngimə ilə bağlı proqnozların verilməsinə səbəb olub: "Dünya artıq yeni mərhələyə qədəm qoyur və bu mərhələdə əsas məsələ inamın bərpa olunması və stimullaşdırıcı tədbirlərin görülməsi ilə bağlıdır. Azərbaycanda son illər sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlar ümummilli məqsədlərə xidmət edir. Bu islahatlar qısa zaman ərzində nəticəsini verib. Əhalinin maddi rifah halını qorumaq üçün dövlətimizin kifayət qədər imkanları mövcuddur".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər