Azərbaycan avtomobil idxalını artırıb - İkiqat

17:11 - 17.03.2020


17 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana 11 min 547 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə idxala 122 milyon 892 min dollar xərclənib.

Ötən ilin eyni dövründə ölkəmizə 5 169 ədəd nəqliyyat vasitəsi idxal edilib.  Beləliklə, avtomobil idxalı 2,2 dəfə artıb. Qeyd edək ki, 2 ayda yalnız elektrik mühərriklə hərəkətə gətirilən 9 avtomobil idxal edilib.

 

Bütün xəbərlər