330x110
 

SOCAR MARINE beynəlxalq dəniz yanacağı bazarında lider oldu

17.03.2020,17:35


17 mart, Fineko/abc.az. 2013-cü ildən beynəlxalq dəniz yanacağı sektorunda fəaliyyət göstərən “SOCAR Marine” 2019-cu ildə 600 min tonluq satışla sektorun lideri olub. Sektorun gənc iştirakçısı olan “SOCAR Marine”nin bazar payı 25 faizi ötüb.

SOCAR-dan ABC.AZ-a bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey”in sərmayələrinə paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası beynəlxalq dəniz yanacağı sektorunun liderliyinə yüksəlib.

 “SOCAR Marine” liderliyə gedən yolda ən böyük sinerjini “SOCAR Turkey”in həyata keçirdiyi nəhəng layihələr hesabına qazanıb.

2018-ci ildə TANAP və “Star” neft emalı zavodu ilə yanaşı, “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar vasitəsilə “SOCAR Terminal”dakı gəmilərə xidmət göstərən və dünyanın qabaqcıl enerji şirkətlərindən olan SOCAR dənizçilik sahəsində də Türkiyənin ən mühüm şirkətləri arasında yer alır.