Bu ölkələrdəki Azərbaycan vətəndaşları geri qaytarılır - Çarter reysləri ilə

10:17 - 18.03.2020


18 mart, Fineko/abc.az. Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

ABC.AZ AZAL-a istinadən xəbər verir ki, aviaşirkət İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini Azərbaycana qaytarıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər