330x110
 

Neftin qiymətləri düşməkdə davam edir, Azeri Light $0,20 ucuzlaşıb

18.03.2020,10:21


18 mart, Fineko/abc.az. Çərşənbə axşamı günü qeyd edilən düşmədən sonra neft qiymətləri çərşənbə günü də enməkdə davam edir.

Martın 17-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $1,32 (4,4%) düşərək bir barelə $28,73 təşkil etmişdir.

May fyuçersi saat 9:50-də isə $0,08 (0,28%) enərək bir barelə $28,65 təşkil etmişdir.

Martın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi, 2016-cı ilin fevral ayından etibarən minimum həddə, bi barelə  $1,75 (6,1%) düşərək bir barelə $26,95 təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:50-də $0,37 (1,37%) ucuzlaşaraq bir barelə $26,58 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,20 (0,68%) enərək bir barelə $29,17 təşkil edib.