“AzRe Təkrarsığorta” hesabat açıqladı - Mənfəəti artıb

10:36 - 18.03.2020


18 mart, Fineko/abc.az. Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC 2019-cu ili 25 milyon 586 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il 2018-ci illə müqayisədə şirkətin mənfəəti 2% artıb. Belə ki, “Azre” 2018-ci ili 25 milyon 64 min manat xalis mənfəət ilə bağlamışdı.

Ötən il “AzRe Təkrarsığorta”nın cəmi gəlirləri 60 milyon 383 min manat, cəmi xərcləri isə 28 milyon 438 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Şirkətin cəmi gəlirləri 63 milyon 185 min manat, cəmi xərcləri isə 31 milyon 919 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər