Bu sığorta şirkətinin aktivləri artıb - 5 %

10:49 - 18.03.2020


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “AzRe Təkrarsığorta” şirkəti 2019-cu ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkət təkrarsığorta üzrə 57 milyon 801 min manat haqq toplayıb,  8 milyon 184 min manat isə sığorta ödənişi həyata keçirib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə şirkət 54 milyon 447 min manat təkrarsığorta haqları toplamış, 9 milyon 851 min manat sığorta ödənişləri həyata keçirmişdi.

Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-da "Azre Təkrarsığorta"nın cəmi aktivləri 5% artaraq 124 milyon 183 min manata çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər