Pomidor ixracımız kəskin artırıb - 2 ayda 25 milyon dollara yaxın satılıb

11:24 - 18.03.2020


18 mart, Fineko/abc.az. Azərbaycan pomidor ixracını artırıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar və fevral ayları ərzində Azərbaycandan 24 milyon 715 min dollar dəyərində 19 min 112 ton pomidor ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 17 milyon 808 min dollar dəyərində 15 min 268 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsində 38,8%, miqdar ifadəsində isə 25,2% artıb.

2020-ci ilin ilk 2 ayının qeyri-neft sektoru üzrə ixracının 8.35%-i pomidorun payına düşüb.

 

Bütün xəbərlər