330x110
 

Fond ləğvetmədə olan banklar üzrə vətəndaş qəbulunu dayandırdı - Açıqlama

18.03.2020,12:35


18 mart, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) və ləğv prosesində olan banklar vətəndaş müraciətlərinin qəbulunu elektron qaydada həyata keçirir.

ADIF-dən ABC.AZ-a bildirilib ki, Əmanətlərin Sığortalanması Fondu və fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu martın 17-dən 29-dək məhdudlaşdırır.

Bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda “e-gov.az” - “Elektron Hökumət” portalı vasitəsilə “adif.az” saytı üzərindən və “[email protected]” e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq. Vətəndaşlar “941” qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65- 93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər.