330x110
 

İran Azərbaycan ticarət dövriyyəsi kəskin azalıb - 2 aylıq nəticə

18.03.2020,14:37


18 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarındakı Azərbaycnla İran arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  sözügedən dövrdə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 60 milyon 201 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə iki ölkə arasında dövriyyə 191 milyon 295 min dollar olub. Dövriyyənin kəskin azalması İrandan Azərbaycana ixracın azalması ilə bağlıdır. Belə ki, 2020-ci ilin ilk 2 ayında qonşu ölkədən Azərbaycana cəmi 51 milyon 775 min dollarlıq ixrac olub.  Ötən il isə qonşu ölkənin ixracı 181 milyon 320 min dollar idi - 3,5 dəfə azalma.