Azərbaycanla ABŞ-ın ticarət dövriyyəsi çoxalıb - Gömrük Komitəsi

16:13 - 18.03.2020


18 mart, Fineko/abc.az. Azərbaycanla ABŞ arasındakı ticarət dövriyyəsi artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin mart ayının 1-nə olan məlumata görə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ticarət dövriyyəsi 252 milyon 648 min dollar təşkil edib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və ya 155 milyon 635 min dollar çox deməkdir. Belə ki, ötən ilin mart ayının 1-nə olan məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 97 milyon 013 min dollar təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər