Ötən iki ay üçün Azərbaycanla Belarusun ticarət dövriyyəsi açıqlanıb

10:16 - 19.03.2020


19 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 20 milyon dollara yaxın olub.

Bu barədə  Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 16,5 milyon dollar, ölkəmizdən Belarusa isə 3,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.

© Azertag.az

 

Bütün xəbərlər