Bu nazirliyin işçiləri də onlayn rejimə keçdi - Koronovirusa görə

10:28 - 19.03.2020


19 mart, Fineko/abc.az. Koronivirusa görə Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb.

ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib.

Bundan başqa, iclas və görüşlərin əsasən audio və video konfrans formatında keçirilməsinə başlanılıb.

Vətəndaşların müraciətlərinin qəbulunun elektron ([email protected]) və telefon rabitəsi (012 404 46 99, daxili-195) vasitəsilə, habelə Nazirliyin ünvanına kağız daşıyıcıları göndərməklə həyata keçirilməsi, eyni zamanda Nazirliyin qaynar xəttinin (012 404 47 25) fəaliyyətinin gücləndirilməsi bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

 

Bütün xəbərlər