Bakıdakı klinikalar bağlanır - Dezinfeksiya olunurlar

11:37 - 19.03.2020


19 mart, Fineko/abc.az. Koronovirus epidemiyasına qarşı təxirə salınmaz tədbirlər çərçivəsində Bakıdakı özəl klinika və xəstəxanalar bu gündən bağlanır.

ABC.AZ-ın əldə etdiyi məlumata görə, bu gün saat 12:00-dan bütün səhiyyə müəssisələri bağlanacaq.

Adını çəkmək istəmədiyimiz özəl klinkalardan birindən bildiriblər ki, klinkaların bağlanması ilə bağlı göstəriş Səhiyyə Nazirliyi tərəfindən verilib.

Məqsəd klinika və xəstəxanalarda koronovirus əleyhinə dezinfeksiya işlərinin aparılmasıdır. Bununla əlaqədar müalicəsi bitmiş xəstələrin artıq klinika və xəstəxanalardan çıxarılır və əlavə pasyentlər də qəbul olunmur. Məlumata görə, sözügedən prosedur martın 29-a kimi davam edəcək.

Qeyd edək ki, işlər fasilələrlə həyata keçiriləcək. Yəni klinikalar kütləvi formada bağlanmayacaq, 10-da dezinfeksiya işləri görüləcək, sonra həmin klinikalar fəaliyyətə başlayandan sonra digərləri bağlanacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər