Qazaxıstanda sahibkarlar əmlak vergisindən azad oluna bilər - Yeni proqram hazırlanır

11:39 - 19.03.2020


19 mart, Fineko/abc.az. Qazaxıstanda ticarət mərkəzləri, kinoteatrlar, sərgi və idman obyktləri əmlak vergisindən azad oluna bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu milli iqtisadiyyat naziri Ruslan Dalenov hökumətin iclasında bildirib ki, vergi güzəşti bir il qüvvədə olacaq.

Onun sözlərinə görə, bundan əlavə, penyaların köçürülməsinin bir rüb dayandırılması, vergi hesabatlarının isə üçüncü rübə keçirilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, "Sadə şeylərin iqtisadiyyatı" proqramı çərçivəsində sahibkarların milli valyuta ilə kredit almaq imkanları artırılacaq: "Proqram üzrə kreditləşmənin məbləği isə 400 milyard tengedən (1 milyard 562 milyon manat) artırılıb 1 trilyon tengeyə (3,91 milyard manat) çatdırılacaq. Prezident Kasım-Jomart Tokayev hökumətə turizm biznesinin dəstəklənməsi üçün kompleks tədbirlər proqramı hazırlamağı tapşırıb".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər