330x110
 

Avropa Mərkəzi Bankı 750 milyard avroluq istiqraz alacaq

19.03.2020,11:40


19 mart, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (ECB) maliyyə bazarlarını sakitləşdirmək və koronavirusun təsiri ilə mübarizə aparan avrozona iqtisadiyyatını qorumaq üçün 750 milyard avro (təxminən 820 milyard ABŞ dolları) məbləğində istiqraz alışı həyata keçirəcək.

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə ECB-nin prezidenti Kristin Laqard məlumat verib.

“Müstəsna vaxtlar fövqəladə tədbirlər tələb edir. Avro ilə bağlı öhdəliyimizin hüdudu yoxdur” - deyə o qeyd edib.

© Report.az