Binəqədi və Biləcəri qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

12:17 - 19.03.2020


19 mart, Fineko/abc.az. Bu gün Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, buna səbəb Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədardır.

 

Bütün xəbərlər